XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 11:09

İrəvan:"O`Brayenin təklifi qeyri-realdır"

ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O’Brayenin Skandinaviya sülhməramlılarını münaqişə bölgəsinə göndərmək təklifi müsbət qarşılanmayıb.

Strateq.az “Kommersant”a istinadla xəbər verir ki, rəsmi Bakı bu barədə heç bir açıqlama verməyib.

Ermənistan Baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan bu təşəbbüsü “reallaşdırma baxımından bu gün ehtimal olunmayan” adlandırıb.

Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri  bildirib: “İsveç əsgərləri Dağlıq Qarabağ münaqişəsində sülhməramlı əməliyyat üçün uyğun ola bilər”.

Robert O`Brayen Skandinaviya hökumətləri ilə davam edən danışıqlara istinad edib.

“Hər iki tərəfin də Skandinaviya sülhməramlı qüvvələrini qəbul edə biləcəyinə inanırıq və regionda yerləşdirilə biləcək sülhməramlı qüvvəni bir araya gətirmək üçün Skandinaviya hökumətləri ilə danışıqlar aparırıq”, – deyə Los-Ancelesdə ABŞ erməni icmasının liderləri ilə görüşdə O`Brayen vurğulayıb.

O’Brayen bildirib ki, Dağlıq Qarabağdakı mürəkkəb vəziyyət neytral sülhməramlı qüvvələr tələb edir.

Donald Trampın müşaviri qeyd edib: “Danimarka, İsveç, Norveç və Finlandiya əsgərləri yaxşı hazırlıqlı və döyüş qabiliyyətlidirlər. Onlar hər iki tərəfdə razılıqla qarşılana bilərlər. Buna görə də, bu hökumətlərlə gələcək atəşkəsə daha çox ağırlıq verə biləcək silahlı müşahidəçi qüvvəsi toplamaq üzərində işləyirik”.

İsveç Xarici İşlər Nazirliyi yazılı şərhində bu günə qədər barışıq qüvvəsinə qatqı təmin etmək üçün rəsmi müraciət almadığını və belə bir əməliyyatda iştiraka dair qərar verilmədiyini açıqlayıb.

İsveçin keçmiş baş naziri Karl Bildt də Skandinaviya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

“İsveç qarşıdakı sədrliyi ilə Ermənistan-Azərbaycan münaqişəsində mümkün sülhməramlı missiyasından, çətin ki, kənarda qala bilsin, amma əlbəttə, indiki anda bundan çox uzaqdayıq. Əvvəcə, barışıq olmalıdır”, – deyə o, “Twitter”-də yazıb.