XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 13:45

“Azərbaycana dəstək vermək üçün Bakıdayıq” –Mustafa Rifat

Ermənistanın hücumları qarşısında dayanan Azərbaycana dəstək vermək üçün Bakıdayıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat bunu Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın hücumlarına qarşı qəhrəmanlıqla mübrizə aparan Azərbaycan ordusuna qələbə arzu edir: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa, Azərbaycan xalqına qələbə arzulayıram.

Ermənistanın Azərbaycanda mülki insanlara hücumlarını şiddətlə qınayram. Azərbaycan ordusunun qazandığı uğurlar bütün Türk dünyasını qürurlandırır. Biz Azərbaycanla əlaqələrə “bir millət iki dövlət” anlayışı ilə baxırıq. Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxcağına əmininik. Hər zaman sizin yanınzdayıq, Qarabağ Azərbaycandır!”.