XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2016 - 10:24

İlham Əliyev Vaşinqtonda Sərkisyanla görüşəcək? –Açıqlama

ilham-sarksyan

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır.

Bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, bu il prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram", – C.Uorlik vurğulayıb(Report).

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi.

Onu da əlavə edək ki, 2015-ci il dekabrın 3-də ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda dövlət başçısını 31 mart – 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmişdi.

Ermənistan Prezidenti Serj Sərkisyan da sammitdə iştirak etmək üçün dəvət alıb.