XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 16:34

Ermənistanda Qarabağdan gedən ermənilər üçün qərargah yaradılacaq –Baş nazirin müavini

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gedən ermənilərin ehtiyaclarının ödənilməsi məqsədi ilə Ermənistanda qərargah yaradılacaq.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mğer Qriqroyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət həmin şəxslərin sosial ehtiyaclarının ödənilməsi ilə artıq 1,5 aydır məşğul olur.

Qriqroyan bildirib ki, Qarabağdan gedən ermənilər mehmanaxana və pansionatlarda yerləşdiriləcək. Qərargah onların tələbatının ödənilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağın işğal altında olan bölgələrində mülki erməni əhaliyə atəş açıldığı barədə məlumat yayır. Ancaq qərargahın yaradılması bunun əksini ehtimal etməyə, yəni həmin bölgələrdə mülki əhalinin olmadığını deməyə əsas verir. (report)