XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2020 - 17:49

Azərbaycanın guya döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, – məlumatda qeyd olunub.