XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2020 - 20:09

“Azərbaycanın hərbi uğurları hamının gözü önündədir” –"la Repubblica" qəzeti

İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Re-in müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik”” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, məqaləsində müəllif düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd təsərrüfatı ərazisi olan Tərtər şəhərinə səfər etdiyini və bu şəhərin sentyabr ayından bəri raket yağışına tutulduğunu və bombardman edildiyini, mülki əhalinin qorxu içində yaşadığını bildirir. Müəllif qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin Amnesty International tərəfindən qınanıldığını, Bərdə şəhərinin mərkəzi meydanda müharibə başlayandan bəri mülki vətəndaşlara qarşı ən ağır hücum nəticəsində 20 nəfərdən çox insanın ölümünə səbəb olan Rusiya istehsalı olan 300 mm kalibr güclü raketlərin qalıqlarını gördüyünü vurğulayır.

Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulur, “Human Rights Watch”a istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırım törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilir.