XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 00:48

ANAMA raket, top mərmisi və bombacıqlar aşkarladı

02 noyabr tarixindә Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Goranboy vә Tәrtәr әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn – 31 (otuz bir) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 32 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Qaraxanlı, Hacılar, Muğanlı, Avşar kәndlәri, Ağdam rayonunun Sarıcalı, Bәrdә şәhәrinin Nizami, R.Rza küçәlәri, Füzuli rayonunun Şükürbәyli kәndi, 2-ci vә 5-ci Zobcuq qәsәbәlәri, Goranboy rayonunun Qızılhacılı, Aşağı Ağcakәnd kәndlәri, Tәrtәr rayonunun Düyәrli, Borsunlu, Qaynaq, Qazyan, Yuxarı Sarıcalı kәndlәri, N.Nәrimanov, Ş.Hәsәnov, E.Sәfәrov vә Bağırov küçәlәrinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 28 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilmişdir. Aparılmış әmәliyyat-axtarış tәdbirlәri zamanı 1 әdәd 122 mm-lik top mәrmisi (OF-56), 1 әdәd 122 mm-lik raket, 1 әdәd raketin hissәsi, 22 әdәd bombacıq vә 58 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.

Agentliyin Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

02 noyabr tarixindә agentliyin әmәkdaşı Zeynalov Telman Bәbir Cәbrayıl rayonu әrazisindә xidmәti vәzifәsini yerinә yetirәn zaman ermәni silahlı qüvvәlәri tәrәfindәn basdırılmış piyada әleyhinә minaya (PMN-Э) düşüb. Partlayış nәticәsindә sol ayağı topuq nahiyәsindәn amputasiya olunub.