XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 11:37

BMT Ali Komissarı:“Yaşayış sahələrinə zərbə endirilməsi hərbi cinayətdir"

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zonasında və onun xaricində yaşayış sahələrinə edilən zərbələrdən narahat olduğunu bildirib və bunların hərbi cinayətlər kimi təsnif edilə biləcəyini söyləyib.

Ali Komissar sentyabrın sonlarında münaqişənin kəskinləşməsindən bəri BMT-nin dəfələrlə tərəfləri mülki itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə, həmçinin məktəb və xəstəxanalar da daxil olmaqla, mülki infrastruktura zərbə vurmamağa çağırdığını xatırladıb.

“Buna baxmayaraq, evlər dağıdılıb, küçələr xarabalığa çevrilib”, – M.Baçelet deyib.

O, yaşayış sahələrinin fərq qoyulmadan atəşə tutulmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayıb: “Belə hücumlar dərhal dayandırılmalı, müvafiq əmrləri verənlər və ya yerinə yetirənlər isə məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirib, nəticədə Azərbaycanın azı 91 mülki vətəndaşı öldürülüb, bir neçə yüz nəfər yaralanıb, mülki infrastruktur, tarixi və mədəniyyət abidələri və nəqliyyat vasitələri əhəmiyyətli dərəcədə ziyan görüb/Report.