XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 11:44

“Mendic boşluğu”:Türkiyəylə ABŞ-ı bir-birindən ayıran nöqtə

 

YPG, ‘Menbic boşluğu’ için taarruz başlatacak

31 Martda başlayacaq Nüvə Təhlükəsizlik Zirvəsi əvvəlində Vaşinqtonda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu Amerikalı həmkarı Con Kerri ilə görüşüb.

Görüşdən əvvəl hər iki nazir jurnalistlərə açıqlama verib.

Strateq.az-ın bildirdiyinə görə, ABŞ dövlət katibi Kerry açıqlamasında Türkiyənin İŞİD və əl-Nusra ilə mübarizədə əhəmiyyətli bir müttəfiq olduğunu qeyd edib. Türkiyə xarici işlər naziri Çavuşoğlu isə bu dəfəki görüşdə İŞİD və əl-Nusra ilə yanaşı, PKK məsələsini də müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, iki dövlət arasında Suriya məsələsinə münasibətdə ortaya çıxan əsas fərq kürd separatizmiylə bağlıdır. Qardaş ölkə PKK ilə Suriyada fəaliyyət göstərən YPG-nin eyni təşkilat olduğuna inanır, ABŞ isə ikisini bir-birindən ayırır.

YPG ilə PKK-ya bu fərqli yanaşma müttəfiqlər arasında Suriyadakı digər məsələlərin həllinə münasibətdə də müəyyən anlaşılmazlıqlara yol açır. Türkiyə Əsəd sonrası dövrdə öz sərhədlərində kürd dövlətinin yarana və onun Aralıq dənizinə açılan əraziləri hakimiyyəti altına ala biləcəyindən ehtiyatlandığı üçün, güvənli bölgə yaratmağa çalışır. Ankaranın başlıca tələbi uzunluğu hardasa 100, eni isə 40 km olması gözlənilən güvənli bölgəyə əsasən kürd separatçılarının da yaxınlaşmamasıdır. Onun digər bir tələbi bu ərazinin uçuşa yasaq hava sahəsi elan olunmasıdır.

ABŞ isə Türkiyənin bu tələblərinə qarşı çıxır. Vaşinqton “Menbic boşluğu” adlandırdığı həmin bölgənin İŞİD-in “təchizat dəhlizi” olmasından, istər Paris, istərsə də Brüssel terrorunu törədənlərin bu dəhlizdən keçib Avropaya getməsindən şübhələnir.

Həmin dəhlizə ABŞ-ın hələlik havadan nəzarət etmək imkanı var. Buna görə də super güc Türkiyənin tələbləriylə razılaşmır, bölgəyə nəzarətin ən çox güvəndiyi qüvvəyə – PYG-yə həvalə edilməsini istəyir.

İki dövlət arasında “Mendic boşluğu” məsələsində ortaya çıxan ziddiyyətli yanaşmalar ortaq məxrəcə gəlməyi də çətinləşdirir. Xüsusilə, Rusiyanın regionda türkmənləri və “mülayim müxalifəti” sıradan çıxarmağa hesablanmış əməliyyatlarından sonra əli xeyli zəifləmiş qardaş ölkə indi ABŞ-la növbəti danışıqlarını aparır.

Türkiyənin nəyin bahasına olursa olsun, öz “qırmızı cizgiləri” elan etdiyi bu mövqedən geri çəkilməsi isə çətin məsələdir. Əks halda, həqiqətən də, qorxduğu kabusla qarşılaşmaq durumunda qala bilər.

 

Heydər Oğuz

Strateq.az