XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2020 - 17:13

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüş barədə danışmaq hələ tezdir” –Rusiya XİN

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşün təşkili barədə danışmaq hələ tezdir”.

Strateq.az “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, “indi ekspert səviyyəsində, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində danışıqlar aparılır”.

Nazir müavininin sözlərinə görə, Rusiya münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünə istinad edir.

Andrey Rudenko deyib: “Çözüm bütün tərəflərin maraqlarını nəzərə alaraq hərtərəfli, siyasi olmalıdır”.