Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
"Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb", – nazirlikdən bildirilib(Report).
Qeyd edək ki, polkovnik Yaqub Əhədov 2015-ci ildə Müdafiə Nazirliyində aparılan yoxlamalar zamanı yol verdiyi nöqsanlara görə cəzalandırılmışdı.