“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”.
Strateq.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
O bildirib ki, partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib.