XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 13:02

Qaçırılmış Misir təyyarəsinin videosu yayıldı, terrorçu sığınacaq tələb edib –VİDEO

teyyare-radar

Misirin "Egypt Air" aviaşirkətinin naməlum şəxslər tərəfindən qaçırılmış "A320" sərnişin təyyarəsi Kiprdəki Larnaka aerportuna eniş edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verib.

***

Publika.az-ın məlumatına  görə, bütün sərnişinlər azad edilib.

Terrorçu azad edilən kiprli qadın vasitəsilə dörd səhifəlik məktubu səlahiyyətlilərə çatdırıb. İbrahim Şamaxa Ərəb dilində yazılan məktubda Cənubi Kiprdən sığınacaq tələb edilib.

****

Son məlumatlara görə, bütün sərnişinlər azad edilib.

Terrorçu azad edilən kiprli qadın vasitəsilə dörd səhifəlik məktubu səlahiyyətlilərə çatdırıb. İbrahim Şamaxa Ərəb dilində yazılan məktubda Cənubi Kiprdən sığınacaq tələb edilib.

Larnaka aeroportuna qaçırılan Misirin A320 təyyarəsindən artıq 50 nəfər buraxılıb. 

APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxs qadınları və uşaqları azad edib. 

Sərnişinlərin artıq təhlükəsiz yerdə olduğu bildirilir. 

 ****

Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.