XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 12:21

“Ərazi bütövlüyü Azərbaycanın haqqıdır”- İran prezidenti

“Ərazi bütövlüyü Azərbaycanın haqqıdır”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu  Nazirlər Kabinetinin iclasında İran prezidenti Həsən Ruhani bildirib.

Prezident vurğulayıb: “Sərhədlərin təhlükəsizliyi, terrorçuların və terror qruplaşmalarının sərhədimiz yaxınlığında, ümumiyyətlə, olmaması və coğrafi sərhədlərin dəyişməməsi bizim üçün vacibdir”.

Həsən Ruhani əlavə edib: “Əlbəttə, ərazi bütövlüyü bölgədəki millətlərin haqqı və Azərbaycan Respublikasının haqqıdır, lakin bu hüquqlara qeyri-hərbi yollarla çatmalarını istəyirik, eyni zamanda, əsas məqamlar bizim üçün vacibdir”.

Ruhani İran Xarici İşlər Nazirliyinin öz “Qarabağ Planı”nı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya rəsmilərinə açıqladığını xatırladıb. “Ümid edirik ki, bu plan münaqişə son qoyacaq”.