XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 13:20

Prezident İlham Əliyev Nigar Məmmədovaya vəzifə verdi –Təyinat

Ilham Eliyev

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədovaya Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib. 

Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.

APA