XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 17:26

Vladimir Putin:"Qarabağdakı vəziyyəti sülh yolu ilə də nizamlamaq olardı"

“Qarabağdakı vəziyyəti sülh yolu ilə də nizamlamaq olardı”.

Strateq.az RİA-Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Milli Birlik Günündə dini konfessiyaların nümayəndələri ilə video konfransda çıxış edən Rusiya dövlət başçısı Dağlıq Qarabağdakı vəziyyətin silahlara əl atmadan, sülh yolu ilə həll edilə biləcəyini, münaqişənin qısa müddətdə sona çatması üçün hər şeyi etdiyini, Ermənistan və Azərbaycanla təmasda olduğunu və hər kəsi razı salacaq nəticələr əldə etməyin yəqin ki, mümkün olacağını deyib.

“Bilirsinizmi, Rusiya Cənubi Qafqazdakı münaqişəyə mümkün qədər tez son qoymaq və üz-üzə duran, təəssüflər olsun ki, hələ də bir-birini avtomatların, tüfənglərin nişangahından görən, dərin inamımıza görə, dinc danışıqlar prosesi ilə əldə edilə biləcək hədəflərə çatmaq üçün bir-birinə qarşı silahlardan istifadə edən insanların həyatını xilas etmək üçün əlindən gələni edir”.

Vladimir Putin vurğulayıb ki, Rusiya tərəfi həm Ermənistan, həm də Azərbaycanla təmasdadır. “Ümid edirəm ki, bölgədə yaşayan bütün insanları razı sala biləcək nəticə əldə edə biləcəyik və buna sülh yolu ilə nail olacağıq”.