İranın Azərbaycanla həmsərhəd Parsabad-Muğan və Biləsvar şəhərlərində gecəyarısı 4 bal gücündə zəlzələ qeydə alınıb.
Strateq.az IRIB-ə istinadla xəbər verir ki, yeraltı təkanların mərkəzi Azərbaycan Respublikasının Sabirabad rayonunun ərazisi olub.
Bu barədə Tehran Universiteti yanında Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat verib. “Zəlzələ 18 km dərinlikdə baş verib və episentri Azərbaycan Respublikasının Sabirabad rayonudur”.
Parsabad zəlzələ episentrindən 67 km, Biləsvar isə 77 km məsafədə yerləşir.
Hələləlik insan itkisi və dağıntı barədə məlumat yoxdur.