XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 12:49

Prezident tikinti ilə bağlı daha bir qanunu təsdiqlədi –Hökumətə tapşırıq verildi

Fövqəladə Hallar Nazirliyi Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ona təqdim edilmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatı təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən üç iş günü müddətində şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək.

Strateq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda müvafiq dəyişikliklər etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.