XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 15:08

Prezidentin köməkçisi:"Ermənistan propaqandasının TRT kanalını hədəfə alması göstərir ki..." 

“TRT hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb”.

Strateq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, TRT və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.