XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 11:01

Ermənilərin təxribatı nəticəsində 504 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 3064 yaşayış evi yararsız vəziyyətə düşüb –Baş Prokurorluq

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Bundan başqa, 504 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 3064 yaşayış evi yararsız vəziyyətə düşüb.