XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 12:11

“Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur” –Fəxrəddin Miralayev

“Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur”.

Bunu Əməkdar artist, Kilsənin bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə bildirib.

Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi olan Fəxrəddin Miralaleyev deyib ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir: “Bu kilsənin bərpası zamanı Qazançılar kilsəsinin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Qazançılar kilsəsi erməni bədii dilində yox, rus bədii dilində tikilib”.

F.Miralayevin sözlərinə görə, kilsənin uzun pəncərələri var ki, bu da rus kilsələrində olur: “Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur”.

Kilsənin bərpa layihəsinin müəllifi onu da əlavə edib ki, provaslav ilə qriqoryanlıq arasında böyük fərq var: “Erməni kilsələri deyilən kilsələrin çoxu bizim mədəniyyətimizə aiddir, qıpçaq mədəniyyətinə xasdır”. (apa)