XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 16:10

Prezident İlham Əliyevdən daha iki təyinat –Sərəncam

ilham-eliyev-teze

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazim oğlu Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü təyin edilib.

Digər sərəncamla İbrahim Əsəd oğlu Alışov Palatanın baş icraçı direktoru vəzifələrinə təyin edilib.

Xatırladaq ki, İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub.

O, Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ. Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

İbrahim Alışov isə 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ. Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən "Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edib(Trend).

Onu da qeyd edək ki, bundan öncə Nigar Ramiz qızı Məmmədova Palatanın Direktorlar Şurasının sədr müavini təyin olunub.