XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 14:54

“Putin xəstədir və istefa verəcək” iddiası –Peskovun cavabı

Kreml Vladimir Putinin xəstəlikdən əziyyət çəkdiyini və 2021-ci ilin yanvar ayında istefaya gedə biləcəyi barədə iddiaları rədd edib.

Strateq.az “Bloomberg”-ə istinadla xəbər verir ki, tənqidçi professor Valeri Solovey Rusiya liderinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Solovey iddialarını “The Sun” qəzetinə bildirib. Onun sözlərinə görə, 68 yaşlı Putin istefasından sonra ömürlük senator seçiləcək və beləliklə, onun siyasi və şəxsi toxunulmazlığı təmin ediləcək. “Bununla bağlı hətta qanun layihəsi də hazırlanır”.

Moskvalı politoloq Valeri Solovey bildirib ki, 37 yaşlı sevgilisi Alina Kabayeva və iki qızı dövlət başçısını vəzifəsindən getməyə vadar edirlər.

Vladimir Putinin Parkinson xəstəliyindən əziyyət çəkə biləcəyini Solovey prezidentin bu yaxınlarda ictimaiyyət qarşısında çıxışı zamanı ayaqlarındakı titrəyiş və qələmi əlində tuta bilməməsi ilə əsaslandırıb.

Həmin video görüntülər, həqiqətən, başqalarının da diqqətini cəlb edib.

Ancaq bu gün Kremlin sözçüsü Dmitri Peskov iddiaları “tamamilə cəfəngiyat” adlandıraraq təkizib edib.

“Bloomberg”-ə verdiyi müsahibədə Peskov Rusiya liderinin “əla sağlamlıq” vəziyyətində olduğunu və təqaüdə çıxmaq fikrində olmadığını da sözlərinə əlavə edib.