XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 16:24

Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi –Rusiya TŞ-də

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Strateq.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Rusiya Təhlükəsizlik Şurasının bugünkü iclasında Dağlıq Qarabağdakı vəziyyət və bu münaqişənin həlli üçün səylər barədə fikir mübadiləsi aparılıb”, – deyə  prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ bölgəsindəki son vəziyyət bundan əvvəl də müzakirə olunub.

Noyabrın 1 və 2-də Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.