XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 19:17

Hikmət Hacıyev:"Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib"

Azərbaycanın işğal altındakı Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib.

Hətta qəbiristanlıqlara qarşı göz yumulmayaraq onlar vandalizm və barbarlığa məruz qalıb.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb”, – o əlavə edib.