XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2015 - 20:02

“İztirablı, əziyyətli günlər yaşayacaqlar” – Sabiq baş prokuror
Binəqədidə baş verən faciəli yanğınla bağlı sabiq baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin də öz təəssüratını bölüşüb.
Strateq.az sabiq baş prokurorun fikirlərini təqdim edir:
“İnsanların faciəsi üzərində siyasi xal qazanmaq mənim xarakterimə heç uyğun deyil. Ancaq bu dəhşətli hadisədən sonra neçə gündür ki, özümə gələ bilmirəm. öz əlimizlə öz canımızı atəşə veririk. Başqa nə adı var bunun? Günahkar kim olursa olsun. Yenə özümüzük. Başqa kim gəlib edib ki, bunları. Necə olursa olsun. İstər işə səhlənkar yanaşaraq, yaxud bilə-bilə qəsdən bu qətliamın törədilməsi. Nəticə eynidir. İnsanları, xalqı dəhşətə gətirən nəticədir. Xalqımız üçün çox ağır itki oldu. Ailələr, ayrı-ayrı insanlar üçün çox böyük bir faciə oldu. İndi isə bu hadisənin qanun qarşısına çağrılan səbəbkarları, onların ailələri, qohumları ağır, iztirablı, əziyyətli günlər yaşayacaqlar. Başqaları da vəsvəsə içində qalacaq…
Allah həlak olanlara rəhmət eləsin, ailələrinə, qohumlarına səbir versin. Yaralananlara Allahdan şəfa diləyirəm. Ancaq qəlbimizə vurulan bu yaradan şəfa tapmaq isə çox çətin olacaq. Allah qorusun Azərbaycanı”.
Strateq.az