XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 23:13

BANM-dən Türkiyə və Pakistandan olan tələbələrə jest –Yataqxana onlara pulsuz olacaq

Azərbaycan Ordusunun Qarabağı işğalçılardan təmizləmək və ərazi bütövlüyünü təmin etmək məqsədiylə sentyabrın 27-dən başladığı hərbi əməliyyatlara Türkiyə və Pakistan dövlətlərinin verdiyi birmənalı dəstək ölkəmizdə böyük sevgi və coşğuyla qarşılanmaqla yanaşı, əhali arasında hər iki dövlətə qarşı daha isti münasibətlərin formalaşmasına da rəvac verib. Demək olar ki, az qala, hər bir evdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan respublikalarının bayraqları da asılır.

Strateq.az xəbər verir ki, Türkiyə və Pakistana qarşı daha bir hörmət və sayğı jestini Bakı Ali Neft Məktəbi edib.

Ali Məktəbin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında yazıb ki, o, BANM-də oxuyan Türkiyə və Pakistandan olan tələbələrin yataqxana borclarının ləğvi və ümumiyyətlə, bundan sonra onların yataqxanada BANM-in hesabına qalmaları haqda qərar qəbul edib.