XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 09:22

Hikmət Hacıyev:"Bu şəxsə ciddi və zəruri xəbərdarlıqlar edildi"

“Milli Məclis üzvünün mövqeyi Azərbaycan Respublikası hökumətinin və rəsmilərinin mövqeyi deyil”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib.

O, Milli Məclis üzvünün İranla bağlı əsassız açıqlamalarını rədd edib.

Bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyi məlumat yayıb.

Səfir Seyyid Abbas Musəvi ilə telefon danışığında dövlət başçısının köməkçisi parlament üzvünün iddialarını əsassız və səthi açıqlamalar kimi səciyyələndirib: “Bu şəxsə ciddi və zəruri xəbərdarlıqlar edildi. Azərbaycan Respublikasının mövqeyi İran İslam Respublikasının Qarabağ müharibəsində dost, qardaş və qonşu dəstəyini, dürüst və ədalətli mövqeyini qiymətləndirməkdir”.

Hikmət Hacıyev əlavə edib: “Daha əvvəl də bildirdiyimiz kimi, Azərbaycan Respublikasının bütün yüksək rütbəli məmurları İranın konstruktiv və ədalətli mövqeyindən razıdır, bunu vicdanlı və konstruktiv hesab edirlər və Milli Məclis təmsilçinin sözləri Azərbaycan Respublikası hökumətinin və məmurlarının mövqeyi deyil”.