Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub:
“Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”.