XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 19:26

Alman mediası Ərdoğanı ələ saldı- Türkiyə XİN Almaniya səfirini izahata çağırdı (VİDEO)

Almaniyanın NDR telekanalında Ərdoğanı ələ salan videosüjet yayımlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 2 dəqiqəlik süjetdə Ərdoğan həm də sərt tənqid olunub.  

Müəllif Türkiyə prezidentinin mətbuata təzyiqlərindən danışaraq bildirib ki, Ərdoğanın xoşuna gəlməyən mövzulara toxunan jurnalist səhəri gün həbsə göndərilir. 

Süjetdən hiddətlənən rəsmi Ankara Almaniyanın Türkiyədəki səfiri Martin Erdmanı Xarici İşlər Nazirliyinə çağırıb. Səfirdən videosüjetlə bağlı izahat istənilib.   

«Spiegel»in məlumatına görə, detallar açıqlanmasa da, tərəflərin görüşünün uzun çəkdiyi bildirilir.