XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 12:00

Ərdoğandan təklif:"Qarabağla bağlı işçi qrup yaradılsın"

Türkiyə prezidenti Tayyib Ərdoğan rusiyalı vəzifədaşına Qarabağ probleminin həlli üçün ortaq işçi qrupu yaradılmasını təklif edib.

Strateq.az “CNN Türk”ə istinadla xəbər verir ki, bunu türk diplomatik mənbələri bildirib.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları zamanı Dağlıq Qarabağ probleminin həlli üçün işçi qrupu yaradılmasını təklifi ötən Şənbə günü, noyabrın 7-də telefon danışığında səslənib.

Kremlin mətbuat xidmətindən bildirildiyi kimi, bölgədəki münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflər əməkdaşlığa qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Telekanalın iddiasına görə, Putin Türkiyə liderinin təklifini məmnuniyyətlə qarşılayıb. Yaxın günlərdə Qarabağ böhranı ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun işindən kənarda həyata keçiriləcək ikitərəfli formata çevrilə bilər.

Yeni qrupun atəşkəsdən sonrakı dövrdə tədbirlər üzərində işləyəcəyi və siyasi həll prosesinə rəhbərlik edəcəyi gözlənilir.

Ərdoğan və Putin arasındakı danışıqlardan sonra hər iki ölkənin xarici işlər nazirlərinin də telefon danışıqları apardığı bildirilir.