XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 19:06

İngilis bankı “Barclays”:"Neftin qiyməti 30 dollara düşəcək"

 

Petrol fiyatlarındaki düşüş Çin’e yaradı

 

Xam neftin qiyməti yenidən 30 dollara enə bilər.

Strateq.az xəbər verir ki, bu bədbin proqnozu İngiltərənin məşhur banklarından olan “Barclays” irəli sürüb.

“Barclays”in hazırladığı "Həftəlik əmtəə" adlı hesabatda bu ilin ilk rübündə xam neft daxil olmaqla, bir çox əmtəə qiymətlərinin yüksəldiyi xatırladılır, amma bunun güclü iqtisadi təməllərə söykənmədiyi vurğulanır.

Hesabatda investorların ilin ikinci rübündə “uzaqgörənliyi” tərk edəcəkləri, qısa müddətdə qazanc əldə etmək üçün əmlaklarını satışa çıxaracaqları proqnozlaşdırılır. Sənəddə, həmçinin, xam neftin barrel qiymətinin 30 dollara qədər ucuzlaşacağı bildirilir.

ABŞ Mərkəzi Bankının (Fed) iki həftə əvvəlki faiz dərəcələrini dəyişdirməmək qərarının neft bazarına mənfi təsir göstərdiyi bildirilən hesabatda, ötən həftə Federal Açıq Bazar Komitəsinin bəzi üzvlərinin "şahin" çıxışlarının da ABŞ dollarını yüksəldərək xam neft qiymətlərində enişə səbəb olduğu qeyd edilir.

“Barclays” bu ilin ilk rübündə neft qiymətlərinin yüksəlməsinin başlıca səbəbləri arasında Çinin idxalatı artırmasının da mühüm rol oynadığına inanır. Hesabatda Çindəki zavodların artan tələbi və ölkənin azalan neft istehsalına əsaslanaraq, fevraldan etibarən, idxalatının gündəlik ortalama 8,04 milyon barrelə çatdığına diqqət çəkilir.

Çinə neft ixrac edən ölkələrin başında 17,2% payla Səudiyyə Ərəbistanı ilk sırada gəlir. Bu ölkəni 15%-lik payla Angola və 12,9%-lik payla Rusiyanın təqib edir”-hesabatda belə deyilir.