XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2016 - 19:50

ABŞ-dan qorxunc çağırış:“Əsgər ailələri Türkiyəni təcili tərk etsin!”

ABŞ Ordusu, İncirlik hərbi bazasındaki əsgər ailələrini dərhal Türkiyəni tərk etmələrini istəyib.

Strateq.az-ın xəbərinə görə, bunun səbəbi təhlükəsizlik tədbirləri ilə izah olunub.

Olduqca müəmmalı olan bu çağırış qardaş ölkədə növbəti böyük təxribatların yaşana biləcəyi ehtimalını ağla gətirir.

***

680+Amerikal%C4%B1+T%C3%BCrkiye%E2%80%99den+tahliye+ediliyor%21;+Gerek%C3%A7e:+%E2%80%99Artan+tehdit%E2%80%99

Xəbər verdiyimiz kimi, ABŞ Türkiyədəki əsgərlərinin ailələrini təcili bu ölkəni tərk etməyə çağırıb. Yayılar-yayılmaz oxucularımıza çatdırdığımız xəbərin indi bəzi detalları ortaya çıxıb.

Strateq.az-ın bildirdiyinə görə, ABŞ ordusunun Avropa Komandanlığının rəsmi internet saytında çağırışla bağlı yayılan izahatdan məlum olur ki, təlimat qalıcı deyil və İŞİD-ə qarşı davam edən mübarizə çərçivəsində verilib.

Komandanlığın rəhbəri general Filip Breedlovin fikrincə, ABŞ Müdafiə Nazirliyi Türkiyədə olan əsgərlərinin ailələrini və vətəndaşları təxliyyə qərarını Dövlət Departamenti və Türk hökuməti ilə məsləhətləşərək, qəbul edib: “Bu qərarın ailələrin normal həyatına maneə törətdiyini bilirik, ancaq güclü müttəfiqimiz Türkiyəyə olan dəstəyimizi davam etdirə bilmək üçün vətəndaşlarımızın təhlükəsizliyini və Amerika əsgərlərinin mübarizəsinin səmərəliliyini təmin etmək məcburiyyətindəydik."

AP-nin xəbərinə görə isə, qərar Türkiyənin cənub bölgələrində qulluq göstərən hərbçilərin ailələrini və diplomatik işçiləri əhatə edir. Qərarın ABŞ və Türkiyənin Suriya və İraqda İŞİD-lə mübarizənin davam etdiyi son günlərdə ABŞ vətəndaşlarına qarşı artan təhdid səviyyəsiylə əlaqədar olduğu bildirilir.

Neçə adamın evakuasiya ediləcəyi rəsmi olaraq ifadə edilməsə də, təxminən 680 ailənin bu qərardan təsirlənəcəyi güman olunur.

Pentaqonun Avropa Komandanlığı Türkiyədə yaşayan ABŞ vətəndaşlarının təxliyyəsinə çərşənbə günü başlanacaqlarını və əsgər yaxınlarının əvvəl Almaniyadakı Ramstein hərbi bazasına, oradan isə fərqli ölkələrə köçürüləcəyini bildirib.

ABŞ Dövlət Departamenti də məsələylə bağlı açıqlama verib. Departament Türkiyədə yaşayan Amerika vətəndaşlarını "artan terror təhdidi" səbəbiylə ölkənin cənubuna səyahət etməməyə çağırıb.

Dövlət Departamentinin yazılı şərhində 29 mart çərşənbə axşamı etibarilə ABŞ-ın Adana Baş konsulluğunda işləyən, İzmir və Muğlada yaşayan və çalışan bütün ailələrin "vəzifə əmri" xaricində səyahət etməmələrinə göstəriş verib. Açıqlamada Baş konsolluğun işinə davam edəcəyi də vurğulanıb.

Departament, həmçinin, Türkiyədəki xarici və amerikalı turistlərin yerli (PKK nəzərdə tutulur-red.) və beynəlxalq terror təşkilatları (əsasən, İŞİD-red.) tərəfindən hədəfə alındığını ifadə edərək, hər kəsə "ayıq" olmaği tövsiyə edib. Çağırışda, ayrıca bütün Amerika vətəndaşlarının Suriya sərhədindən uzaq durmalarının lazımlılığı qeyd olunub.

Qeyd edək ki, Türkiyədə son terror hadisəsi xarici turistlərə qarşı törədilmiş və xüsusilə yəhudilər hədəf seçilmişdi.

Heydər

Strateq.az