XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2020 - 15:59

İşğaldan azad edilən Alxanlı kəndində dağılmış məscid –FOTO

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti Füzuli rayonunun işğaldan azad edilmiş Alxanlı kəndində dağılmış məscidin görüntülərini yayımlayıb.

Trend-in məlumatına görə, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.

Fotoqraf həmin məscidin inək tövləsi kimi istifadə olunduğunu deyib:

“Burada gördüyüm mənzərə əvvəlki yerlərdən heç də fərqlənmirdi. Belə görünür ki, erməni qoşunlarının məscidləri tövləyə çevrimək kimi adəti var. Bu, ermənilərin işğal olunmuş ərazilərdə müsəlman ibadət yerlərinə münasibətini göstərir. Şuşanın azad olunması xəbərindən sonra Bakıda pravoslav kilsəsinin zəngləri çalındı. Bu da dünyəvi Azərbaycanda dinlərin sülh və qarşılıqlı anlaşma içərisində yaşadığını göstərir”.