XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 17:24

Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır –KİV

Ermənistan polisi növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə silah gətirilməsini aşkar edib.

Trend-in erməni kütləvi informasiya vasitələrinə (KİV) istinadən məlumatına görə, hadisə Vardenis rayonunda qeydə alınıb.

Məlumata əsasən, Qarabağdan Ermənistana qayıdan şəxslərin avtomobilində qumbaralar, avtomat və patronlar aşkarlanıb. Silahlar müsadirə edilib.

Qeyd edək ki, son həftələr ərzində Qarabağdan Ermənistana bir neçə dəfə silah keçirilməsinin qarşısı alınıb.