XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 17:53

Seperatçı rejimin sözçüsü:"Azərbaycan Ordusu Xankəndinin ətrafındadır"

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.

O, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.

“Təəssüf ki, uğursuzluqlar zənciri bizi hələ də təqib edir və Şuşa şəhəri bizim nəzarətimizdə deyil. Qarşı tərəf Xankəndinin ətrafındadır və artıq onun mövcudluğu təhlükə altındadır”, – Poqosyan qeyd edib. (report)