XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 19:00

İran səfiri Şəhidlər Xiyabanında –Bayraq Gününə ehtiram

İran səfiri və İslam Respublikasına bağlı qurumların rəsmiləri Azərbaycan Respublikasının şəhidlərinin xatirəsini yad ediblər.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bu gün Bayraq Günü ilə əlaqədar onlar Şəhidlər Xiyabanına baş çəkiblər və şəhid məzalarına çiçək qoyublar.

Ziyarət zamanı səfir Seyyid Abbas Musəvi Qarabağ müharibəsi veteranlarından biri ilə görüşərək ona Allahdan şəfa, qısa zamanda sağlamlığına qovuşma diləyib.

Musəvi jurnalistlərə açıqlamasında bildirib: “İşğal və separatizm İran İslam Respublikası üçün “qırmızı xət”dir və həmişə bunu vurğulayıb”.

İran səfiri ölkəsinin həm deklarativ, həm də əməli şəkildə Azərbaycan Respublikası hökuməti və xalqının yanında olacağını və dəstəyini daim davam etdirəcəyini söyləyib.

O vurğulayıb: “İnşallah işğal olunmuş bütün ərazilərin azad edilməsi ilə bütöbvləşmiş və böyük Azərbaycanın şahidi olacağıq. İran İslam Respublikası ilə Azərbaycan Respublikası birlikdə sülh və dostluq şəraitində əməkdaşlığın zirvəsinə yüksələcəklər”.

“Biz hesab edirik ki, Dağlıq Qarabağdakı bütün işğal olunmuş ərazilər, Ali liderin dediyi kimi, Azərbaycan Respublikasına qaytarılmalıdır və əlbəttə ki, bu torpaqların sülh şəraitində və dialoqla qayıtması daha yaxşı olardı”, – deyə diplomat əlavə edib.