XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 00:16

“Bütün Azərbaycan torpaqları işğaldan azad ediləcək” –AKP sözcüsü

“Bu həftə içərisində ən böyük sevincimiz Azərbaycana məxsus Şuşanın işğaldan azad edilməsidir”.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Ömer Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında deyib.

O, son toplantıda Şuşanın işğaldan qurtuluşunun ən önəmli məsələ olaraq müzakirə edildiyini deyib: “Şuşa sıradan bir yer deyil. Azərbaycanın və bütün Qafqazın mədəniyyət beşiyidir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Şuşanın işğaldan azad edilməsi bütün Azərbaycan torpaqlarının işğaldan qurtarılmasının yaxın zamanda baş tutacağı anlamına gəlir. Bütün Azərbaycan torpaqları işğaldan qurtarılacaq”.

AKP Sözçüsü bu qanlı mübarizədə şəhid olan Azərbaycan əsgərinə başsağlığı, yaralılara şəfa diləyib: “Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirik. Qarabağın Azərbaycana xas olduğu döyüş meydanında da Azərbaycan əsgərinin mücadiləsi ilə sübuta yetirilir”

Çelik AKP-nin iclasında Ermənistanın qeyri-insani və qeyri-hüququ davranışlarına dəstək verən ölkələri bir daha qınandığını da vurğulayıb. (apa)