XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 00:37

“Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırma başlanılıb” –Prokurorluq

Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Baş Prokurorluq öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.