XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 01:03

Ermənilərin Tərtərə atəşə tutması nəticəsində 55 yaşlı sakin xəsarət alıb –Baş Prokurorluq

“Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.