Prezident İlham Əliyev Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Sahir Polad oğlu Məmmədxanov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilib.
Prezidentin digər sərəncamıyla İlkin Etibar oğlu Vəliyev isə Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilib.