“Dağlıq Qarabağ münaqişəsində atılan addımların bölgədə barışığa aparacağına ümid edirik”.
Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 20-ci sammitində Rusiya prezidenti Vladimir Putin bildirib.
O deyib: “Dağlıq Qarabağ bölgəsində baş verənlər böyük bir faciədir”.
ŞƏT-in virtual rejimdə keçirilən toplantısındakı açılış nitqində Vladimir Putin görülən tədbirlərin bölgədə sülhə səbəb olacağına ümidvarlığını ifadə edib.