Hərbi ekspert Üzeyir Cəfərova polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub.
Strateq.az xəbər verir ki, bu barədə Üzeyir Cəfərovun özü məlumat verib.
Polkovnik bildirib ki, bu gün – noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində müraciəti əsasında həqiqi hərbi xidmətə çağırıldığına görə, mətbuatla bütün təmaslara fasilə verir: “Hər kəsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!”.