XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 16:38

Həsən Ruhani:"Qarabağda atəşkəs səyini alqışlayırıq"

“İran İslam Respublikası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının qonşusu olaraq və bölgə xalqları ilə çoxsaylı tarixi ortaqlıqlarına güvənərək, Rusiya hakimiyyət orqanlarının hərbi münaqişəyə son qoymaq və diplomatik həll prosesinə başlamaq barədə son qərarını alqışlayır”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Həsən Ruhani bildirib.

“İran ümid edir ki, iki ölkə aralarındakı fikir ayrılıqlarını sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edə biləcəklər. Bu baxımdan, İran, atəşkəs və sülhün bərqərar olması üçün bir barışıq planı, həmçinin, münaqişə tərəfləri və digər maraqlı ölkələrlə intensiv məsləhətləşmələr, gərginlik və mübahisələrin azaldılması, sabitlik, təhlükəsizlik və davamlı sülh və ədalət yaradılması üçün hər cür səy göstərib”, – deyə Həsən Ruhani qeyd edib.