XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 23:38

Cozep Borrell:"Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəs münaqişənin hərtərəfli həlli yolunda ilk addımdır"

“Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəs artıq insan tələfatının qarşısını almağa kömək edəcək və ümid edirəm ki, bu, münaqişənin hərtərəfli həlli yolunda ilk addımdır”.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilir.

“Artıq danışıqlarda istənilən nizamlanmanın davamlı olmasını təmin etmək lazımdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi formalaşmış formatı dəstəkləməyə davam edir, bu səylərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firəvan inkişafı üçün razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazırdır”, – bəyanatda belə deyilir.