XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 12:01

İrandan məktub:"Azərbaycan xalqını təbrik edərəm"

İran Ali Rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Azərbaycan xalqına təbrik məktubu göndərib.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, imam-cümə Seyyid Həsən Amelinin məktubunda deyilir:

“Böyük Azərbaycan xalqını torpaqlarının mühüm bir hissəsinin azad etməsi münasibətilə təbrik edirəm. Bu möhtəşəm hadisə göstərir ki, işğal əbədi olmayacaq və işğalçı kədər, itki və göz yaşı ilə evinə qayıdacaq və belə bir aqibət qətidir. Bu, müasir dövrün ən çirkin və ən qanlı işğalçısı olan Müqəddəs Qüds qəsbkarı olan sionist rejimi də gözləyir”.

Təbrik məktubunda daha sonra qeyd olunur: “Şübhə etmirəm ki, müdrik Azərbaycan xalqı Ali liderin Dağlıq Qarabağın Azərbaycana qaytarılması və onun boşaldılması zərurəti ilə bağlı aqilənə fətvası ilə bəzədilmiş İslam Respublikasının əvvəldən axıradək xüsusi dəstəyini unutmayacaqdır. Yaralıların səhhətinin yaxşılaşması, Allahın şəhid ailələrinə təsəllisi və uğurlar üçün dua edirəm”.