XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 12:23

Abbas Əraqçi:"Biz həmişə Azərbaycan ərazilərinin azad edilməsini istəmişik"

“Biz hər zaman Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini istəmişik”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçi bildirib.

O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı mübahisə və İranın bu məsələdəki mövqeyi ilə bağlı fikirlərini açıqlayıb: “İranın şimal sərhədlərindəki Dağlıq Qarabağ böhranı bir çox narahatlığa səbəb oldu. Çünki həm Azərbaycan, həm də Ermənistanla tarixən dostluq əlaqələrimiz var. Təbii ki, Azərbaycanla münasibətlərimiz türkdilli həmvətənlərimizə, eləcə də erməni vətəndaşlarımıza görə Ermənistanla da yaxşı münasibətlərdə idik”.

Xarici işlər nazirinin müavini münaqişənin daha tez bitməli olduğunu deyib: “İki qonşumuz arasındakı müharibənin kökü zun müddətli tarixi bir problem idi. İslam Respublikası bu gərginliyin azaldılmasında və hətta münaqişəyə mümkün qədər tez son qoyulmasında öz rolunu oynamalı idi. Bütün tərəflərlə məsləhətləşərək bir təklif hazırladıq və qərara gəldim ki, bölgəyə səfərim zamanı bu planı təqdim edim. Bu planla bərabər, İranın narahatlıqlarını da həmin ölkələrə çatdırdıq.

Xoşbəxtlikdən atəşkəs və danışıqların başlanması təqdim etdiyimiz prinsiplərlə əsasən Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə eyni razılaşma ilə bitdi, yəni İranın planı həyata keçirildi”.

Abbas Əraqçi əlavə edib: “İslam Respublikasının mövqeyi münaqişənin ilk günündən işğala qarşı çıxmaqdadır və 1990-cı illərin əvvəllərindən bəri bu, İranın prinsipial mövqeyi olub. Biz hər zaman Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini istəmişik. Bu mövqeyimizi son 30 ildə də qorumağı bacardıq”.