XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 23:00

Nazirdən yeni təyinat –Sahib Alıyevin qardaşı bölmə rəisi oldu

ramil-usubov

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.

Nazirin imzaladığı əmrə əsasən, Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə rəis təyin edilib.

Bayram Alıyev deputat Sahib Alıyevin kiçik qardaşıdır.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib (Axar.az).