XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 10:47

Çavuşoğlu:“Naxçıvan dəhlizindən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”

“Çinin tarixi İpək Yolu və digər layihələri var. Ancaq münaqişənin həlli nəticəsində açılacaq nəqliyyat dəhlizlərindən ilk növbədə bölgə ölkələri faydalanacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilərsə, nəqliyyat dəhlizləri açılarsa, bundan hər kəs faydalanar: “Çindən öncə bu nəqliyyat dəhlizlərindən bölgə ölkələri faydalanacaq. Naxçıvana açılacaq dəhlizdən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”/APA.