XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 11:45

Təhsil Nazirliyi:“Payız tətili olmayacaq, distant dərslər davam edəcək”

Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: “Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi.

Ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün)/APA.